Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçında (2:2) London təmsilçisinin vurduğu qol İngiltərə təmsilçisi üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, görüşün 16-cı dəqiqəsində fərqlənən Estevao "zadəganlar"ın avrokuboklar tarixində 350-ci qolunu vurub.
Həmçinin Estevao “Çelsi” forması ilə Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.

