Millimiz açıq futbol oynasa, nə olar? - VİDEO

11:40 Milli komanda 87
Millimiz açıq futbol oynasa, nə olar? - VİDEO

Millimiz açıq futbol oynasa, nə olar?

Bu sualın cavabını Cavid Hüseynov verib.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olan məşqçi bildirib ki, komandanın mövcud durumunu düzgün qiymətləndirmək, reallıqla barışmaq lazımdır.

Vaxtilə ölkənin əsas yığmasının formasını geyinmiş keçmiş yarımmüdafiəçi qeyd edib ki, AFFA Ayxan Abbasovu görəvə gətirməklə düzgün addım atıb.

Əcnəbi mütəxəssislərin dövründə millinin ruhsuz təsir bağışladığını söyləyən Hüseynovun fikrincə, yerli məşqçinin gəlişindən sonra futbolçuların əhval-ruhiyyəsi müsbətə doğru dəyişib, oyun planında irəliləyiş nəzərə çarpmağa başlayıb.

Müsahib yığmanın artıq rəqibləri ilə mübarizə aparmağa çalışdığını, kompakt oyun modelin sərgilədiyini vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti