“Qarabağ”ın uduzduğu komandanı məğlub etdilər, dedi: “Çox razıyam”

6 Noyabr 2025 21:40 Çempionlar Liqası 5 845
“Qarabağ”ın uduzduğu komandanı məğlub etdilər, dedi: “Çox razıyam”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou Çempionlar Liqasının 4-cü turunda “Atletik” üzərində 2:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı nəticədən çox razı olduğunu bildirib:

“Bu gün (dünən) çox razıyam. Bu qələbə “Vest Hem”ə məğlubiyyətdən (1:3) sonra vacib cavab idi.

Düşünmürəm ki, bu bizim ən yaxşı oyunumuz idi, amma hazırda turnirdə yaxşı vəziyyətdəyik. Biz çox şey öyrənirik. Bu format xoşuma gəlir, çünki daha çox oyun keçirilir”.

“Nyukasl” 4 turdan 9 xalla turnir cədvəlinin 6-cı, “Atletik” isə 3 xalla 27-ci pilləsində qərarlaşıb.

“Atletik” Çempionlar Liqasındakı yeganə qələbəsini 3-cü turda evdə keçirdiyi “Qarabağ”la matçda əldə edib – 3:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR