Futbolçu meydandan çıxmadı, baş məşqçi and-aman etdi: “İnanın ki, o sözü mənə demədi”

09:00 Hadisə 218
Futbolçu meydandan çıxmadı, baş məşqçi and-aman etdi: “İnanın ki, o sözü mənə demədi”

"Vüsal Məsimov özü köməkçi məşqçilərə bildirmişdi ki, əvəzlənmə olsun".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis matçın 26-cı dəqiqəsində Vüsal Məsimovun əvəzlənmək istəməməsinə səbəb olaraq bunu qeyd edib:

“Araz-Naxçıvan”la ötən tur oyunda Vüsalın zədəsi vardı. Meydanda özü köməkçi məşqçilərə bildirmişdi ki, əvəzlənmə olsun. Sonra dedi ki, normalam, məni dəyişməyin”.

HəŞimov həmin hadisədən bir neçə sonra Məsimovun texniki heyətə yaxınlaşaraq “mən çıxmayacam a” deməsinə isə belə aydınlıq gətirib:

“İnanın ki, o sözü mənə demədi. Köməkçilərə demişdi ki, əvəzetmə istəyir. Yəni başqa hər hansı problem yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 17:50 Çək və bizə göndər!
21 Noyabr 08:30 Elçinin nə problemi var?