«Qarabağ» sabah-birisigün Azərbaycanı tərk edəcək.
Uzaq İtaliya səfəri gözləyir onları.
Çılğın Niapol tiffozisi önünə çıxmazdan öncə Sumqayıtı görmək, yəqin ki, «Qarabağ»a da xoş oldu.
«Maradona»nın ab-havasını hardasa «Mehdi Hüseynzadə»də hiss elədilər. Qurban Qurbanovun komandası çoxdandır Premyer Liqada bu qədər azarkeşin önündə oynamırdı.
Fərid Hacıyev imkan versəydi, matç daha sürətli və daha baxımlı keçərdi. Referi yersiz qərarları və oyuna müdaxilələri ilə idarəçiliyi «zibillədi».
Qurban Qurbanovu qınayan olmasın. O, hakimlərin Premyer Liqa standartlarından çox geridə qalmasına hər dəfə bir yolla işarə vurmaqla, əslində, hədsiz mədəni davranır.
Uzunqulaq uzunqulaqlığı ilə bir palçığa iki dəfə batmır, liqay təyinat alan əksər hakimlər isə hər həftə eəl səhvlərə yol verir ki… sonra deyirsən, ilahi, yaratdığına şükür!
«Qarabağ» iki qol gördü qapısında. Yenə bir kornerdən sonra.
Yenə bir cərimə meydançasının önündən endirilən zərbədən sonra.
Qurban Qurbanov Niapol yolçluğu boyu bu problem düşündürəcək.
Müdafiədəki boşluqları bitrtəhər doldurmaqdan ötrü nələrsə fikirləşəcək yəqin.
«Sumqayıt» ortabab halıyla qapı önündə təhlükəli epizodlar yaratmağa çətinlik çəkmədisə, İtaliyanın son çempionunun üçüncü zonada «Qarabağ»a göstərəcəyi təzyiqin miqyası, doğrudan da, başgicəlləndirici olacaq.
ELNUR

