Çempionlar Liqasında bunu bacaran ən gənc futbolçu oldu

6 Noyabr 2025 10:20 Çempionlar Liqası 554
Çempionlar Liqasında bunu bacaran ən gənc futbolçu oldu

“Real”ın futbolçusu Cud Bellinqem Çempionlar Liqasında yeni uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, o, buna ötən gecə Liqa mərhələsinin 4-cü turunda “Liverpul”la matçda iştirak etməklə nail olub.

Belə ki, Bellinqemin ÇL-də çıxdığı görüşlərin sayı 50-yə yüksəlib. Bununla da, 22 yaş 128 günlüyündə olan yarımmüdafiəçi turnirdə 50 oyun həddinə çatan ən gənc futbolçu adını qazanıb.

İngiltərəli oyunçu 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti