12-ci turun prinsipial qarşılaşmalarından biri Yevlaxda baş tutdu.
Elitada qalmaq uğrunda mübarizə aparan “Karvan-Yevlax”la “Kəpəz”in duelində qonaqlar sevinən tərəf oldu – 2:1.
Qarşılaşma başa çatandan sonra Gəncə təmsilçisinin düşərgəsindəki bayram ab-havasını görməyə dəyərdi.
Qələbədə əsas pay sahiblərindən olan nigeriyalı hücumçu Olavale Onanuqa Sportinfo.az-a 90 dəqiqəni şərh edib:
“Bu oyunda hədsiz dərəcədə motivasiyalıydıq. Rəhbərlik, məşqçilər heyəti, futbolçular, azarkeşlər – hamımız.
İki həftəlik fasilə dönəmində gecə-gündüz işlədik, danışdıq, çatışmazlıqları aradan qaldırmağa çalışdıq. Hər kəs səbrsizliklə bu oyunu gözləyirdi.
Çünki bizim üçün dönüş nöqtəsi idi. Belə qarşılaşmalara 6 xallıq oyun deyirlər, lakin məncə, 9 xallıq idi.
Uduzmağımız mənfi məqamlara yol aça bilərdi. Bir növ bizim üçün final idi.
Gördüyünüz kimi, 2 qol vurduq, əlavə 5-6 qol fürsətini boşa verdik. Layiqli oyunlu layiqli qələbə qazandıq və buna görə çox xoşbəxtik”.
Nigeriyalı yarımmüdafiəçi rəqib futbolçuların penalti qərarına etiraz etməsi barədə qısa danışıb:
“Biz futbolçular çox şey deyə bilərik. Hakim qərar verir və VAR-da müzakirə olunur. Qayda pozuntusu olmasaydı, penaltini ləğv edərdilər. Buna əminəm”.
HƏBİB

