“4-5 ay maaş almadım, ona görə də müqaviləni ləğv etməli oldum''

09:25 Türkiyə 103
“4-5 ay maaş almadım, ona görə də müqaviləni ləğv etməli oldum''

Azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu Türkiyənin I Liqa təmsilçisi ''Serikspor''da maddi cəhətdən problemlər yaşamaqda davam edir.

Klub mövsümə Sergey Yuranın başçılığı altında başlayıb, amma rusiyalı mütəxəssislə oktyabrın sonlarında yollar ayrılıb.

Onun ayrılığı maddi səbəblər üzündən baş vermişdi. Yayda ''Serikspor''a transfer olunan Dmitri Tixi də 4 aydan çoxdur pulunu ala bilmədiyi üçün müqaviləsini birtərəfli şəkildə ləğv edib.

Sportinfo.az xəbər verir ki, Türkiyəyə gələnə qədər Ermənistan təmsilçisi ''Urartu''da forma geymiş 33 yaşlı rusiyalı müdafiəçi bunları deyib:

''Maaşım verilmədiyi üçün kluba müraciət etdim. Ayın 20-dən sərbəst futbolçuyam və yeni təklifləri nəzərdən keçirirəm.

Ümid edirəm ki, qışda özümə yeni klub tapacam. Sergey Yuran bu layihədə iştirak etməyi təklif edəndə düşünmədən razılaşdım.

Çünki onu çoxdan tanıyırdım. Həm də Türkiyədə oynamaq mənə maraqlı gəldi.

Futbol baxımından Serikdə hər şey məni qane etdi. Yeni çempionatı kəşf etdim.

Daimi oynamaq fürsəti qazandım. Gözümdən aldığım zədə üzündən cəmi bir neçə oyunu qaçırmalı oldum.

Ancaq maddi baxımdan vəziyyət bərbad idi. 4,5 ay ərzində bir dəfə də olsun maaş almadım.

Elə digər futbolçularda da eyni durum yaşanır. Tez-tez yönəticilərlə danışıb vəziyyətin nə yerdə olduğunu soruşurduq.

Hər dəfə bizə ''səbr edin, bütün pullarınızı ödəyəcəyik'' deyirdilər. Biz oynamaqda davam etdik.

Amma bir nöqtədən sonra insanın səbri tükənməyə başlayır. Bir çoxumuzun ailəsi, uşaqları var, ona görə də müqaviləni ləğv etməli oldum''.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu