Uzun fasilədən sonra Avropaya dönməyi planlaşdırır - Özünə klub axtarır

10:15 Dünya futbolu 106
Uzun fasilədən sonra Avropaya dönməyi planlaşdırır - Özünə klub axtarır

“Napoli”nin sabiq vingeri Lorenso İnsinye uzun fasilədən sonra Avropaya dönməyi planlaşdırır.

34 yaşlı forvard Kanadanın “Toronto” klubunda üç il keçirdikdən sonra hazırda azad agentdir və yeni komanda axtarışındadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İnsinye ilk növbədə İtaliya A Seriyasına qayıtmaq istəyir, ancaq digər çempionatlara da açıqdır.

Xüsusilə, Bundesliqada oynamaq onun üçün maraqlı seçimlərdən biridir. Maliyyə məsələsi İnsinye üçün prioritet sayılmır.

O, “Toronto”nun heyətində bütün turnirlərdə 76 matça çıxıb, 19 qol vurub və 16 məhsuldar ötürmə verib.

İtaliyalı futbolçu yaydan bəri yeni klub axtarır. Onun sabiq komandası “Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!