Premyer Liqanın 12-ci turunun açılış oyunu Yevlaxda baş tutub.
“Karvan Yevlax” - “Kəpəz” matçında yaşananlar 90-cı illəri xatırladıb.
Meydan sahiblərinin oyunu 1:2 hesabı ilə məğlub başa vurması azarkeşləri özündən çıxarıb.
Matçın sonlarına yaxın müxtəlif şüarlarla başlayan etiraz dalğası hakimin final fitindən sonra pik həddə çatıb.
Baş hakim Rauf Cabbarovun, eləcə də futbolçuların ünvanına təhqiramiz ifadələr işlədən fanatlar daha sonra plastik su qablarını meydana atıb.
Bu azmış kimi, legionerləri komandaya cəlb edən şəxslərin ünvanına etirazlar bildirilib.
Gərgin anların bir hissəsink təqdim edirik. Xüsusən hakimlərin paltardəyişmə otağına necə yollandığına diqqət yetirin.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

