Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən oyunları stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Çelsi” matçını 30 887 azarkeş canlı izləyib.
Ümumilikdə keçirilən 18 qarşılaşma arasında bu oyun azarkeş sayına görə 14-cü yerdə qərarlaşıb.
Ən çox tamaşaçı isə Qazaxıstanın “Kayrat” klubu ilə İtaliyanın “İnter” komandası arasında keçirilən oyunda (1:2) qeydə alınıb. Milanın məşhur “San Siro” stadionunda baş tutan matça 69 983 tamaşaçı tribunadan baxıb.
Bundan başqa, “Yohan Kroyff Arena”da “Ayaks”ın (Niderland) 0:3 hesabı ilə “Qalatasaray”a (Türkiyə) məğlub olduğu qarşılaşmanı 51 000 azarkeş canlı seyr edib. Bu qarşılaşma statistikasına görə siyahının 7-ci pilləsində durur.
Dünən baş tutan görüşlərdə ən az azarkeş sayı isə Yunanıstanın "Pafos" klubu və İspaniyanın "“Vilyarreal”" klubu arasındakı oyunda (1:0) qeydə alınıb. Limassol stadionundakı qarşışlaşmanı 6 314 tamaşaçı seyr edib.

