Azərbaycan millisi tarixinin ən pis dönəmlərindən birini yaşayır.
Son məğlubiyyətlərdən sonra yığmamız FIFA reytinqində 4 pillə geriləməklə bu aqibətə məruz qalıb.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb. Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.
Bundan sonra hər hansı oyun nəzərdə tutulmadığından, yığmamızın ili elə bu pillədə başa vuracağı dəqiqdir. Belə olduqda millimiz son 10 ilin ən pis göstərilərindən birinə imza atmış olacaq.
2016-cı ili 138-ci pillədə qapayan millimiz sonrakı illərdə bir qayda olaraq daha yaxşı yerdə olub.
Yalnız 2018-də indiki pillədə qərarlaşmışıq. Təsəlli verən 2022-ci ildəki nəticədir. O zaman yığmamız ili daha pis (129) pillədə başa vurmuşdu.


