Azərbaycan millisi dünya çempionatının yarımfinalında heç-heçə etdi

03:20 Şahmat 68
Azərbaycan millisi dünya çempionatının yarımfinalında heç-heçə etdi

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, yığmalar iki qarşılaşma keçiriblər.

Hər iki görüş 2:2 hesabı ilə bitib.

Qalıb bəlli olmadığı üçün bu gün taybreykdə finala yüksələn komanda bəlli olacaq.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu