Qurban Qurbanov “Qarabağ”dan sonra bu komandanı çalışdıracaq?

00:40 Qarabağ 132
Qurban Qurbanov “Qarabağ”dan sonra bu komandanı çalışdıracaq?

Moskva “Spartak”ının baş məşqçisi postuna namizəd kimi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı nəzərdən keçirilir.

Rusiya klubu Deyan Stankoviçi istefaya göndərdikdən bir həftə keçməsinə baxmayaraq, yeni baş məşqçinin adını açıqlamağa tələsmir.

Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, “Spartak”ın baş məşqçisi postuna namizədlər Luis Qarsiya, Stanislav Çerçesov, Vladimir Fedotov və Qurban Qurbanovdur. Moskva klubu rəhbərliyinin tezliklə yekun qərar verəcəyi gözlənilir.

Bundan başqa, uğursuzluqla üzləşən Joze Mourinyonu istefaya göndərməyi planlaşdıran “Benfika”nı (Portuqaliya) çalışdırmağa əsas namizədlərin arasında Qurban Qurbanovun da adı olduğu iddia edilir.

“Benfika” fanları xüsusilə sosial şəbəkədə Qurban Qurbanovun namizədliyini önə çıxarırlar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu