"Napoli" və "Qarabağ"ın baş məşqçilərinin Neapolda keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur matçından əvvəl mətbuat konfranslarının vaxtları açıqlanıb.
Sportinfo.az “Tutto Napoli”yə istinadən xəbər verir ki, noyabrın 24-də, saat 15:30-da "Napoli"nin baş məşqçisi Antonio Konte Dieqo Armando Maradona stadionunda mətbuat konfransı keçirəcək.
İki saat sonra "Napoli" son məşqinə başlayacaq. Qurban Qurbanov isə saat 22:00-da həmin arenada jurnalistlərlə görüşəcək və yarım saat sonra qonaqları son məşqinə aparacaq.
Hər iki məşq ilk 15 dəqiqəsi media üçün açıq olacaq. Bütün vaxtlar Bakı vaxtı ilə göstərilib.
"Napoli" - "Qarabağ" matçı noyabrda 25-də yuxarıda adı çəkilən stadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

