Mahir ilin sonuna qədər meydana çıxa bilməyəcək

01:20 Bizimkilər 59
Mahir ilin sonuna qədər meydana çıxa bilməyəcək

Azərbaycan millisinin zədələnən forvardı Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu haqda onun klubu “Kayzerslautern” açıqlama yayıb.

Qeyd edilib ki, 28 yaşlı hücumçu 2-ci Bundesliqada “Herta”ya qarşı son ev oyununda meydana sonradan daxil olub, lakin təxminən 15 dəqiqə sonra meydanı tərk etməyə məcbur qalıb.

Hücum hərəkəti zamanı “qırmızı şeytanlar”ın 10 nömrəsi bud nahiyəsindən zədə alıb. Sonrakı tibbi müayinələr nəticəsində məlum olub ki, bu, qasıq vətərinin qismən qopmasıdır.

Məlumata görə, bu səbəbdən Azərbaycan millisinin üzvü ilin sonuna qədər meydana çıxa bilməyəcək.

“Kayzerslautern” Mahir Emreliyə tez və tam sağalma arzulayıb. O da bildirilib ki, klub rəhbərliyi və tibbi heyət bu müddətdə onu tam dəstəkləyəcək və yaxından müşayiət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu