Fransa ilə qarşılaşmada canı ağrıdı - MRT müayinəsindən keçəcək

22 Noyabr 2025 16:20 Sabah 669
Fransa ilə qarşılaşmada canı ağrıdı - MRT müayinəsindən keçəcək

Milli komandanın son oyunları daha bir kluba ziyan vurub. “Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybullayev klubun düşərgəsinə zədəli halda qayıdıb.

Sportinfo.az xəbər verir ki, İslandiya (0:2) və Fransaya (1:3) qarşı oyunlar üçün yığmanın düşərgəsinə yollanan oyunçu zədə alıb.

O, tezliklə MRT müayinəsindən keçəcək və hansı müddətə sıradan çıxdığı aydınlaşacaq.

Yığmanın son oyunları “Qarabağ”ın iki oyunçusu üçün xoşagəlməz sonluqla yekunlaşmışdı. Toral Bayramov İslandiya ilə matçda zədələnərək, Fransaya qarşı görüşü buraxmışdı.

Şahruddin Məhəmmədəliyev isə iynə ilə oynadığı fransızlarla görüşün ikinci hissəsində oynaya bilməmişdi. Toral hazırlıqlara qayıdıbsa, Şahruddinin 2-3 aylıq sıradan çıxması dəqiqdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti