AFFA iki baş məşqçini 4 oyunluq diskvalifikasiya etdi

23 Noyabr 2025 02:20 Hadisə 1 048
AFFA iki baş məşqçini 4 oyunluq diskvalifikasiya etdi

AFFA U-14 Liqasında çıxış edən "Xudat City" və U-13 Liqası təmsilçisi "Şəmkir"in baş məşqçilərini 4 oyunluq diskvalifikasiya olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

"Xudat City" - "Siyəzən" oyununda ev sahiblərinin baş məşqçisi Mehran Vəlixanov qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.

"Şəmkir"in baş məşqçisi Əli Əhmədov da eyni səbəbdən 4 oyunluq diskvalifikasiya edilib.

AFFA U-17 Liqasında çıxış edən iki futbolçunu isə 3 oyunluq cəzalandırıb. "European Football Academy"dən Elmixan Nəbizadə və "Sabah"dan İmran Mirzəyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün diskvalifikasiya olunublar.

Digər Xəbərlər
Xəbər Lenti