Yaqut Bayrama “Karabakh” və “Xarı Bülbül” hədiyyə olundu - FOTO

16:30 Hadisə 108
Yaqut Bayrama “Karabakh” və “Xarı Bülbül” hədiyyə olundu - FOTO

“YaaRa Tekstil”in təsisçi və direktoru Yaqut Bayram Birləşmiş İdman Mətbuatı (BİM) və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasına (AİJA) üzv seçilib.

O, bu münasibətlə Rusiya və Azərbaycanın media nümayəndələri arasında keçirilən minifutbol üzrə yoldaşlıq oyununa dəvət olunub.

Tanınmış qadın iş adamına Prezident İlham Əliyevin göstərişi əsasında hazırlanmış “Karabakh” kitabı və “Xarı Bülbül” təsvirli ipək kəlağayı hədiyyə olunub.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb.

Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim eləyən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bugün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

“YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa” - Sevgi ilə yanaşır!”.

Digər Xəbərlər
Xəbər Lenti