FIFA səhvini düzəltdi, Ronaldonun şəkli olmayan posteri dəyişdirdi - FOTO

22 Noyabr 2025 10:00 Dünya çempionatı 490
FIFA səhvini düzəltdi, Ronaldonun şəkli olmayan posteri dəyişdirdi - FOTO

2026-cı il dünya çempionatının ilk rəsmi posteri FIFA tərəfindən azarkeşlərin kəskin tənqidlərindən sonra geri çəkilib.

Sportinfo.az xəbər verir ki, narazılığa səbəb Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun posterə daxil edilməməsi olub.

FIFA tərəfindən yayımlanan afişada mundiala vəsiqə qazanan 42 komandanın hər birindən bir futbolçu təsvir olunmuşdu. Lakin Portuqaliyanı təmsil edən oyunçu Ronaldonun özü deyil,

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes idi. Bu isə geniş müzakirələrə səbəb olaraq sosial şəbəkələrdə ciddi etirazlarla qarşılanıb.

Portuqaliya yığması DÇ-2026-nın seçmə mərhələsinin F qrupunu 13 xalla birinci pillədə başa vuraraq tarixində 9-cu dəfə mundialın final mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu