Narazılıq yaradan milli qələbə - Bu qədər də olmaz axı...

22 Noyabr 23:00 Milli komanda 126
Narazılıq yaradan milli qələbə - Bu qədər də olmaz axı...

U-21 millimiz Avropa Çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Gənclərimiz səfərdə Cəbəllütariqi məğlub edib - 1:0.

Qələbə də hədiyyə kimidir. Böyüyü kiçiyi olmur. Ha 5 qolla, ha 1 qolla. Əsas odur ki, 3 xal bizim oldu.

"Neftçi"yə lazım olmayan istedadlı Murad Məmmədovun vurduğu qola isə sadəcə bravo düşür.

Narazılığım oyunla bağlıdır.

Açıq-aşkar görünür ki, rəqibi bütün komponentlərdə üstələyirik. İstər fiziki, istərsə də texniki baxımdan.

Amma yenə qorxaq, müdafiədə oturaraq vaxt öldürürük.

Hesab arasındakı fərq böyük olsa, yenə hə.

Ay Rəşad Eyyubov, qorxmursan ki, son saniyələrdə buraxılacaq bir qol faciəvi nəticəyə yol aça bilər?

Digər tərəfdən Cəbəllütariq millisi ilə də dominant futbol oynamayıb nə vaxt oynayacağıq?

Heç olmasa belə rəqiblərlə matçlarda futbolçularımız hücumda çıxış etmək nədir bilsin, təcrübə qazansın.

Ümumiyyətlə, müdafiədə yatmaq dövrü bitib.

Arada kəskin fərq olan millilərlə görüşdə baş məşqçi də meydana çıxıb qapıda dursa qınamaram.

Daha Cəbəllütariq və ya nisbətən ondan da ağır çəkili rəqiblərlə oyunda daha irəlidə, dominant, özgüvənlə oynamaq zamanıdır.

Hətta geri qalırıq deyə bilərəm...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu