UEFA "Napoli"yə xəbərdarlıq edib.
Sportinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Neapol təmsilçisinin Niderlandda PSV-yə uduzduqları (2:6) Çempionlar Liqasının əsas mərhələsinin oyununda yaşananlar səbəb olub.
"Napoli"nin baş məşqçisi Antonio Konte sözügedən qarşılaşmada əxlaqi davranışın əsas qaydalarını pozmaqda ittiham edilib.
Hazırkı İtaliya çempionu buna görə xəbərdarlıq alıb.
"Napoli" Çempionlar Liqasındakı növbəti matçını noyabrın 25-də "Qarabağ"a qarşı keçirəcək.

