"Neftçi"nin Muradı: "Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəm"

22 Noyabr 2025 14:00 Milli komanda 1 057
"Neftçi"nin Muradı: "Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəm"

"Neftçi"də çıxış edən Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov davamlı şəkildə meydana çıxssa, daha çox şeylər edəcəyinə əmindir.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı vinger bu barədə "report"a açıqlama verib.

Gənc oyunçu U-21-in Avropa çempionatının seçmə mərhələsində səfərdə Cəbəllütariqi məğlub etdikləri (1:0) matçla bağlı fikirlərini bölüşüb:

"Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Asan matç deyildi.

Hava şəraiti, həm də meydan amili bizə çox çətinlik yaratdı. Buna baxmayaraq, rəqibi məğlub etdik və vacib olan 3 xalı qazandıq".

Qarşılaşmadakı yeganə qolun müəllifi olan futbolçu bunun ona əlavə motivasiya verəcəyini söyləyib:

"Hər qarşılaşma bizim üçün çox vacibdir. Bu matçda komandaya xeyir vermək xoş hisslər yaratdı".

"Neftçi" klubunda çıxış edən Murad Məmmədov karyerası barədə də danışıb:

"Əlimdən gələn hər şeyin ən yaxşısını etməyə çalışıram. Şans düşdükcə də istifadə edirəm.

Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!