“İndi hər şey daha çətindir, bizə daha çox problem yaradırlar”

“İndi hər şey daha çətindir, bizə daha çox problem yaradırlar”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 4-cü turunda “Brügge” ilə 3:3 hesablı heç-heçədən sonra komandasının oyun fəlsəfəsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı hər şeyi daha yaxşı etməli olduqlarını bildirib:

“Biz “Barselona”yıq və öz futbolumuzu oynamaq istəyirik. Kimlərsə hər şeyi dəyişməkdən danışa bilər, amma mən o məşqçilərdən deyiləm.

Biz öz “genlərimiz”lə oynayacağıq. 1:0 hesablı qələbə üçün müdafiəyə çəkilib, əks-hücum futboluna keçməyəcəyik.

Sonuncu zonada müdafiə olunmaq da, fəlsəfəmizə sadiq qalmaq da mümkündür. Sadəcə, hər şeyi daha yaxşı etməliyik”.

O, komandanın hazırkı durumuna da toxunub:

“Keçən il bizdə oyundankənar vəziyyətdən vurulan qolların fərqi bir-iki metr idi. Bu mövsüm isə hər şey daha çətindir, rəqiblər bizə daha çox problem yaradır.

Amma bəhanə axtarmıram, eyni heyətlə oynayırıq. Hazırda ən yaxşı formamızda deyilik, amma nikbinəm.

Beynəlxalq fasilədən sonra Rafinya, Xuan Qarsiya və Pedri dönəcək, Dani Olmo ilə Robert Levandovski isə daha yüksək səviyyəyə qalxacaq”.

“Barselona” Çempionlar Liqasında 4 turdan sonra 7 xalla turnir cədvəlinin 11-ci, “Brügge” isə 4 xalla 22-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti