Almaniyalı: “Şamaxı yaxşıdır, Bakı daha yaxşıdır”

17:20 Zirə 106
Almaniyalı: “Şamaxı yaxşıdır, Bakı daha yaxşıdır”

“Zirə”nin almaniyalı vingeri Leroy Mikels Sportinfo.az-a müsahibə verib.

- “Zirə”də özünü necə hiss edirsən? Əsas heyətdən kənarda qalmağın ruh düşkünlüyü yaratmır?

- Problem özümdədir. Çünki yayda komanda ilə təlim-məşq toplanışında iştirak etməmişdim. Kollektivə gec qoşulduğuma görə ümumi hazırlıqdan geri qalırdım. Daha sonra zədə aldım və bir neçə həftə müalicəyə sərf etdim. İndi hər şey qaydasındadır, tam gücümlə məşq etməyə hazıram.

- “11-lik”də yer almaq üçün nə qədər vaxta ehtiyac duyursan?

- Ümid edirəm ki, gələn oyunda start heyətində olacam (gülür). Bunu baş məşqçi daha yaxşı bilər. Öz adımdan onu deyə bilərəm ki, komandama tam gücümlə kömək etməyə hazıram.

- Sən və digər iki qardaşın Premyer Liqamızda top qovursuz. Səndən fərqli olaraq onların adını bəzən zədəlilər sırasında görürük. Bu, sənin orqanizminin daha sağlam olması anlamını verir?

- Yox-yox. Üçümüz də sağlam orqanizmə sahibik. Ona qalsa, ötən ay mən də zədələnmişdim. Bir də ki, şans hər bir anda insanın yanında olmalıdır. Bəzən şanssızlıq başına gözləmədiyin işləri gətirir. Futbolda zədələnmək normaldır, əsas odur ki, uzun müddətli olmasın. Lens artıq sıraya qayıdıb, Slaydın zədəsinin də ciddi olmayacağına ümid edirəm.

- Bakıda yaşamaq yaxşıdır, yoxsa Şamaxıda?

- Şamaxı yaxşıdır, Bakı daha yaxşıdır (gülür).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti