COP29

“Real”la “Barselona”nın oxşar cəhəti üzə çıxdı – ÇL-in yeni formatında

13 Dekabr 2024 00:10 Çempionlar Liqası 220
“Real”la “Barselona”nın oxşar cəhəti üzə çıxdı – ÇL-in yeni formatında

Çempionlar Liqasında artıq ümumi mərhələnin 6 turu başa çatıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” və “Real” turnir cədvəlinin müxtəlif qütblərində yerləşsələr də, heç-heçələrin sayı (olmaması) onları birləşdirir.

“Barselona”nın aktivində son 6 oyunda 5 qələbə və 1 məğlubiyyət var. Hesabında 15 xal olan Hans-Diter Flikin komandası 2-ci pillədə qərarlaşıb.

Kataloniyalılar son olaraq “Benfika” və “Atalanta” ilə qarşılaşacaqlar.

“Real” 6 turda 3 qələbə qazanıb və eyni sayda məğlubiyyətlə üzləşib. Karlo Ançelottinin komandası 9 xalla 20-ci yerdədir. Madridlilərin qalan turlardakı rəqibləri “Zalsburq” və “Brest” komandaları olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı