COP29

“Barselona” 5 qol vurdu, PSJ və “Arsenal” uduzdu - Çempionlar Liqasında NƏTİCƏLƏR

7 Noyabr 02:20 Çempionlar Liqası 427
“Barselona” 5 qol vurdu, PSJ və “Arsenal” uduzdu - Çempionlar Liqasında NƏTİCƏLƏR

Çempionlar Liqasında Liqa mərhələsində 4-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün 9 oyun baş tutub.

PSJ evdə “Atletiko”ya uduzubsa, London “Arsenal”ı da səfərdə “İnter”ə tək qolla məğlub olub.

“Bayern” də “Benfika”nı minimal hesabla üstələyib. “Barselona” isə “Srvena Zvezda” səfər matçında darmadağına sevinib.

“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0
Qol
: Vanaken, 52-pen.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1
Qollar
: Zubkov, 31. Sudakov, 41 – İmeri, 27.

“Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0
Qol
: Musiala, 67.

PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya) 1:2
Qollar
: Zair-Emeri, 14 – Molina, 18. Korrea, 90+3.

“İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) 1:0
Qol
: H.Çalhanoğlu, 45+3-pen.

“Feyenoord” (Niderland) – “Zalsburq” (Avstriya) 1:3
Qollar
: H.Mussa, 81 – Konate, 45+2; 58. Quindo, 86.

“Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya) 2:5
Qollar
: Silas, 27. Milson, 84 – İ.Martines, 13. Levandovski, 43; 53. Rafinya, 55. F.Lopes, 76.

“Sparta” (Praqa, Çexiya) – “Brest” (Fransa) 1:2
Qollar
: Olatunyi, 90+2 – E.Fernandes, 37. Kayrinen, 80-öz qapısına.

“Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2
Qollar
: Lukman, 51. Zaniolo, 88.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi