Çempionlar Liqası pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" cavab matçı üçün Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisinin Azərbaycana gələn heyətində 25 futbolçu yer alıb.
Qapıçılar: İvan Nevistiç, Daniel Zaqorats, İvan Filipoviç
Müdafiəçilər: Ronael Pyer-Qabiriel, Sami Mmae, Kevin Teofil-Katrin, Raul Torrente, Maksim Barnauer, Takuya Oqivara, Stefan Ristovski
Yarımmüdafiəçilər: Yosip Mişiç, Branko Paviç, Petar Suçiç, Martin Baturina, Marko Roq, Luka Vrbançiç, Lukas Kacavenda, Luka Stoykoviç, Ariyan Ademi
Hücumçular: Marko Pyatsa, Dario Şpikiç, Xuan Kordoba, Arber Hodja, Sandro Kulenoviç, Bruno Petkoviç.
"Qarabağ" Xorvatiyada keçirilən ilk matçda "Dinamo"ya 0:3 hesabı ilə məğlub olub.
Komandalar arasında cavab görüşü isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

