“Futbolun çox darıxdırıcı olmasından şikayət edirdik, bu dəfə zövq aldım”

“Futbolun çox darıxdırıcı olmasından şikayət edirdik, bu dəfə zövq aldım”

Sabiq hücumçu Tyerri Anri PSJ və “Bayern” arasında keçirilən Çempionlar Liqasının ilk yarımfinal oyunu (5:4) haqda danışıb. Komandalar bir-birinin qapısına 9 qol vuraraq, yarımfinal mərhələsində qol rekordu qırıblar.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu bu qarşılaşmadan zövq aldığını söyləyib:

“Futbolun çox darıxdırıcı olduğundan şikayət edirdik. Amma bu oyunu izləməkdən həqiqətən zövq aldım.

Düşünürəm ki, evdə oyunu izləyən hər kəs də yaxşı vaxt keçirdi”.

Çempionlar Liqasının ikinci yarımfinal oyunu bu gün “Atletiko” və “Arsenal” arasında keçiriləcək. “Bayern”lə PSJ arasında cavab oyunu isə mayın 6-da Münhendə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!