Hücumçu 29 yaşında vəfat etdi - Ölümün rəsmi səbəbi açıqlanmadı

10:00 Hadisə 86
Hücumçu 29 yaşında vəfat etdi - Ölümün rəsmi səbəbi açıqlanmadı

Milli Basketbol Assosiasiyasında çıxış edən (NBA) “Memfis Qrizlis”in hücumçusu Brandon Klark 29 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu haqda komandanın mətbuat xidməti məlumat yayıb.

“Brendon Klarkın faciəli şəkildə vəfatı bizi dərindən sarsıtdı. O, hamımız və həyatına toxunduğu hər kəs tərəfindən çox sevildi”- açıqlamada deyilir.

Ölümün rəsmi səbəbi açıqlanmasa da, “Mash on Sport” teleqram kanalı bildirir ki, Klarkın ürəyinin dayanmasının narkotik maddənin həddindən artıq dozası səbəbindən baş verdiyi ehtimal edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti