Madrid “Real”ının U-19 komandası UEFA Gənclər Liqası 2025/26 mövsümünün qalibi olub.
QOL.az xəbər verir ki, İspaniya təmsilçisi finalda "Brugge"li (Belçika) həmyaşıdlarını məğlub edib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qolları "Real"dan Xakobo Orteqa, "Brügge"dən isə Tion Koren vurub.
Penaltilər seriyasında isə Madrid klubu daha dəqiq olub – 4:2.
Xatırladaq ki, bu mövsüm sözügedən yarışda "Qarabağ"ın U-19 komandası da mübarizə aparıb. Ağdam təmsilçisi keçirdiyi 6 oyunun hamısında uduzaraq sonuncu - 36-cı yeri tutub.

