“Azərbaycan çempionatı bir neçə ildən sonra daha da güclü olacaq”

17:20 Sabah 108
“Azərbaycan çempionatı bir neçə ildən sonra daha da güclü olacaq”

“Çempionluğu qazanmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Bu uğur həm klubun tarixi, həm də futbolçular üçün çox önəmlidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah”ın braziliyalı legioneri İqor Noqeyra deyib.

O, Azərbaycan çempionatının son illərdə inkişaf etdiyini və liqada rəqabətin artdığını bildirib.

“Məncə, bir neçə ildən sonra liqa daha da güclü olacaq. Çempionat indi də kifayət qədər keyfiyyətlidir.

Komandalar arasında rəqabətin artması bunu açıq şəkildə göstərir”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Mərkəz müdafiəçisi komandanın avrokuboklardakı hədəflərindən də danışıb:

“Çempionlar Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacağıq.

Ümid edirəm ki, “Sabah” liqa mərhələsinə yüksələ biləcək. Komandamızın buna nail olmaq üçün potensialı var”.

İqor Noqeyra Azərbaycandakı həyatından məmnun olduğunu da vurğulayıb:

“Azərbaycanı çox sevirəm. Gözəl ölkədir. İnsanlar mənə qarşı hər zaman səmimi və mehriban olublar. Özümü burada çox rahat hiss edirəm”.

“Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu olub. Komanda mövsümün başa çatmasına 2 tur qalmış 75 xalla turnir cədvəlinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti