Finalda erkən qol - CANLI YAYIM

20:09 Hadisə 154
Finalda erkən qol - CANLI YAYIM

Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi məlum olacaq.

Sportinfo.az xəbər verir ki, həlledici oyunda “Sabah”la “Zirə” üz-üzə gələcək.

Cari mövsümdə Premyer Liqada çempionluğunu rəsmiləşdirən Masazır təmsilçisi kuboka da sahib çıxmağa çalışacaq. Komanda ötən mövsüm tarixində ilk dəfə ölkə kubokunu qazanmışdı.

“Zirə” isə final matçında qələbə qazanmaqla həm tarixində ilk dəfə kuboka, həm də Avropa Liqasına birbaşa vəsiqəyə yiyələnə bilər.

Azərbaycan kuboku, final oyunu

20:00. "Sabah" – "Zirə" 0:1

Qollar: Eren Aydın, 5
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Palms Sports Arena

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti