Cəlilabadda yeni idman zonası salınır

13 May 08:30 Gündəm 359
Cəlilabadda yeni idman zonası salınır

Cəlilabadda "Sağlam məhəllə" layihəsi icra olunur.

Sportinfo.az xəbər verir ki, "report"un Muğan bürosunun məlumatına görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində Zərifə Əliyeva küçəsində, 28 nömrəli yaşayış binasının qarşısında müasir idman zonası yaradılır.

Ərazidə minifutbol və basketbol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları quraşdırılacaq.

Layihənin əsas məqsədi əhalinin, xüsusilə gənclərin açıq havada idmanla məşğul olmasını stimullaşdırmaq, sağlam həyat tərzini təbliğ etmək və idman infrastrukturunu gücləndirməkdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi