Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir - YENİLİK

13 May 08:00 Gündəm 525
Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir - YENİLİK

Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir.

Artıq 5 gündür ki, profilaktik tədbirlər həyata keçirilir, sürücülərə xəbərdarlıqlar edilir və maarifləndirici-təbliğat işləri aparılır.

Bildirilib ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş İstiqlal küçəsi, şəhərdən çıxış isə 8 Noyabr küçəsi istiqamətində təşkil olunacaq.

Bununla yanaşı, qala divarlarının yaxınlığındakı yol və İstiqlal küçəsində yerləşən yol birtərəfli hərəkət üçün tənzimlənib.

Göstərilən xətt üzrə hərəkət etməyən sürücülər müvafiq qayda pozuntusuna görə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!