“Zirə” Azərbaycan Kubokunun finalında “Sabah”a qarşı keçirəcəyi oyundan öncə itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Rəşad Sadıqov məlumat verib:
"Hacıağa Hacılı son matçda 90 dəqiqə meydanda olmuşdu və müəyyən problemləri nəzərə alaraq onu mövqelərə hazırlayırdıq.
Lakin bu gün adi bir epizodda zədələndi. Yəqin ki, sabahkı matçda iştirak ərizəsində yer almayacaq.
Düşünürəm ki, bu, Premyer Liqada "İmişli"yə qarşı keçirilən oyundan qaynaqlanır. Hacıağa oyunlarda az iştirak etsə də, "Sabah"a, "Qarabağ"a, "Neftçi"yə qarşı matçlarda, avrokubokun vacib oyunlarında ona həmişə ehtiyac olub.
Mənim üçün onun yoxluğu ciddi itkidir. Sabah əsas heyətdə başlamasa da, sonradan şans vermək baxımdan böyük itkidir".

