“Zirə”nin rəhbərliyi futbolçularına FİNAL VƏDİ verdi - SÜRPRİZ!

16:00 Zirə 259
“Zirə”nin rəhbərliyi futbolçularına FİNAL VƏDİ verdi - SÜRPRİZ!

Azərbaycan kubokunun final oyunu bu gün keçiriləcək.

Həlledici matçda “Sabah”la “Zirə” üz-üzə gələcək.

Bu qarşılaşma təkcə bir klubun kuboku qazanması ilə əhəmiyyət kəsb etməyəcək, həm də Azərbaycanın düz 3 komandasının yeni mövsüm UEFA-nın hansı klub yarışda iştirakını müəyyənləşdirəcək.

Hazırda yalnız çempion adını təmin edən “Sabah”ın 2026/27 mövsümü Çempionlar Liqasında yarışacağı dəqiqləşib.

Finalda “Zirə” qalib gəlsə… Avropa Liqasına kubokun qalibi qismində onlar qatılacaq.

Ikinci yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Qarabağ”) yeni mövsümdə Konfrans Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq.

Üçüncü yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Turan Tovuz”) Konfrans Liqasına birinci etapdan başlayacaq.

“Neftçi” çempionatı dördüncü yerdə başa vursa belə, avrokuboklardan kənarda qalacaq.

Beləliklə, finalda “Zirə”nin qələbəsi isə onun özündən başqa digər 4 komandaya sərf etmir. Qısacası, qalibiyyət qəsəbə təmsilçisini qitə arenasına aparacaqsa, məğlubiyyət Biləcəridən o tərəfə getmək şansını minimuma endirəcək.

Bu halda gərək Premyer Liqada dördüncü pilləni «Neftçi»dən geri alsınlar ki, məqsədlərinə çatsınlar.

«Zirə»lilər vəziyyəti olduğu kimi qiymətləndirir. Rəhbərlik adından komandaya mükafat vəd edilib. Rəqəm deyilməyib.

Sadəcə, diqqətə çatdırılıb ki, klub tarixinin ilk titulunu qazansa, futbolçulara indiyə qədər almadıqları qədər pul ödəniləcək.

«Zirə»dən fərqli, «Sabah»ın oyunçularına paylayacağı mükafatın məbləği məlumdur.

Premyer Liqa çempionluğuna görə kollektiv üzvlərinin hər birinə 50 min dollar almış «bayquşlar»ı bu gecə 25000 dollar gözləyir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti