Azərbaycanlı müdafiəçi Bolqarıstanda dubla imza atdı, "Arda" qazandı

11:20 Bizimkilər 121
Azərbaycanlı müdafiəçi Bolqarıstanda dubla imza atdı, "Arda" qazandı

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 34-cü turda "Botev"in qonağı olub.

Start heyətdə meydana çıxan və sona qədər oynayan Cəlal bu görüşdə dubl edərək komandasına qələbə qazandırıb.

2:1 hesabı ilə qalib gəldikləri səfər oyununda hər iki qolu Cəlal vurub. 23 yaşlı müdafiəçi 61 və 70-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Cəlal Hüseynov matçın ən yaxşı oyunçusu seçilib.

Bu nəticədən sonra "Arda" 48 xalla 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti