“Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman kataloniyalıların hücumçusu Markus Reşfordun gələcəyi ilə bağlı fikirlərini bildirib.
İngiltərəli forvard “Mançester Yunayted”ə məxsusdur və hazırda “Barselona”da icarə əsasında çıxış edir.
Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Reşford barədə danışarkən “Barsa”nın çox peşman olacağını bildirib:
“Barsa” onu “Mançester Yunayted”ə geri göndərərsə, düşünürəm ki, çox peşman olacaq.
Çünki bugünkü bazarda xüsusiyyətlərinə, performansına və təcrübə səviyyəsinə malik belə bir oyunçu üçün 26 milyon avro mütləq bir anlaşmadır!”
28 yaşlı Reşford bu mövsüm bütün yarışlarda 47 oyun keçirib, 14 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

