Azərbaycanda finala saatlar qalmış – 3 nəfər olmayacaq

15:00 Gündəm 169
Azərbaycanda finala saatlar qalmış – 3 nəfər olmayacaq

Bu gün Azərbaycan kubokunda final qarşılaşması baş tutacaq.

Premyer Liqanın çempionu “Sabah” “qızıl dubl” etmək yolunda avrokuboklara vəsiqə qazanmağa çalışan “Zirə”ni qəbul edəcək.

Oyuna saatlar qalmış hər iki komandadakı son durumla maraqlandıq.

Məlum oldur ki, “Sabah”da ciddi itki yoxdur. Adı iştirak ərizəsinə salınmayacaq yeganə ad Pavol Şafrankodur ki, mövsümün əvvəlində zədələnən slovakiyalı hücumçu üçün onsuz da “futbol ili” başa çatıb.

“Zirə”yə gəlincə, Enrike Kustodio matçı kənardan izləməyə məhkumdur. Braziliyalı solaxay zədədən əziyyət çəkdiyi üçün meydana çıxa bilməyəcək.

Rəşad Sadıqovun köməkçisi Vüqar Məmməd isə cəzalıdır. 2021-ci ildə “Səbail”də işlədiyi dönəmdə 15 oyunluq cəzalanan Məmməd hələ də etdiyi hərəkətin bədəlini ödəməkdədir.

“Palms Sports Arena”da keçiriləcək “Sabah” – “Zirə” dueli saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti