Ölkədə mövsüm yekunlaşmaq üzrədir.
Transfer bazarı tədricən aktivləşməkdədir.
Demək olar bütün klublar axtarışdadır - hamı öz yorğanının ölçüsünə uyğun olaraq ayağını irəli uzadır.
Hər gün bir və bir neçə xəbər yayılır. Ayxan Hüseynovun Almaniyaya getməyə hazırlaşması kimi.
Dörd ildir «Turan Tovuz»un formasını geyinən yarımmüdafiəçi II Bundesliqadan təklif alıb. «Darmştadt» 26 yaşlı vingerin xidmətində maraqlıdır.
Qurban Qurbanov isə Elvin Cəfərquliyevi daha sərəncamında görmək istəmir. Bir müddət əvvəl əsas komandadan uzaqlaşdırılan müdafiəçi daha «Qarabağ»ın bazasına yaxın buraxılmır.
Gecə həyatına aludə olması səbəbindən baş məşqçinin qəzəbinə tuş gələn sol cinah oyunçusuna belə bir qadağa qoyulub.
Daha ətraflı məlumat toplamaq üçün “Sportinfo TV” xəbər bloku hazırlayıb.
Saytımızın “yutub” kanalına keçid etməyə dəyər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

