Braziliyalı: “Qarabağ”la döyüşdük, qazandıq, indi dadını çıxarmaq istəyirəm”

12 May 23:00 Qəbələ 168
Braziliyalı: “Qarabağ”la döyüşdük, qazandıq, indi dadını çıxarmaq istəyirəm”

Elitada qalmaq uğrunda mübarizə aparan “Qəbələ” “Qarabağ”la oyundan 1 xalla ayrıldı.

Maraqlı keçən oyunda “köhlən atlar” penaltini boşa verdi, vurduqları qol oyundankənar vəziyyətə görə ləğv edildi, meydan sahibləri bir neçə şansı boşa verdi, nəticədə qarşılaşma 1:1 hesabı ilə başa çatdı.

Oyundan sonra məmnun görünən “Qəbələ”nin braziliyalı müdafiəçisi Eduardo Kunde Sportinfo.az-a verdiyi müsahibədə suallara aydınlıq gətirib.

-Nəticənin belə olacağını təxmin edirdin?

- “Qarabağ”a qarşı oynamaq çətindir. Nəticə qazanmaq istəyirsənsə, yaxşı müdafiə olunmalı, ələ düşən fürsətləri dəyərləndirməlisən. Həftəboyu ciddi məşqlər keçmişdik, təhlillər üzərində işləmişdik. İnanırdım ki, tapşırıqları düzgün yerinə yetirsək, istədiyimiz nəticəni qazana bilərik. Ona görə də nəticəni məni təəccübləndirmədi.

- “Qəbələ” motivasiya baxımından “Qarabağ”ı üstələyirdi. Razısan?

- “Qarabağ”ın adı hər bir komanda üçün motivasiyadır. Üstəlik, indiki vəziyyətdə - hər bir xalın qızıla bərabər olduğu dönəmdə. Bizə qarşı Çempionlar Liqasında oynadıqları “11-lik”lə mübarizə apardılar. Döyüşdük, mübarizə apardıq və olduqca önəmli 1 xal qazandıq.

- Yəqin xəbərdarsan, bu nəticədən sonra ilk “10-luq”da olmayacağınız dəqiqləşdi. Sabah “Karvan-Yevlax” “Turan Tovuz”a uduzsa (müsahibə şənbə günü alınıb – H.), “Qəbələ”nin pley-off oynayacağı dəqiqləşəcək. 11-ci pilləni “Qəbələ” üçün necə deyərləndirirsən?

- İndi bu barədə düşünmək düzgün olmaz. Çünki hazırda “Qarabağ”la oyunun dadını çıxarmaq istəyirəm. Turnir cədvəlindəki rəqəmlərin dəqiqliyindən xəbərsizəm. Çempionat başa çatandan sonra mövcud vəziyyətə uyğun suala cavab verə bilərəm.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti