“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand futbol karyerasında baletin rolundan danışıb və bu məşğuliyyətin ona böyük fayda verdiyini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu baletin çox çətin bir bacarıq olduğunu söyləyib:
“Baletlə məşğul olmağa cəsarət etdiyim üçün özümə minnətdaram. Bu, məni daha yaxşı futbolçu etdi.
Çox çətin bir bacarıqdır. Çevik, elastik, sürətli və güclü olmalısan.
İstənilən kişi ilə mərc edərəm ki, onu balet dərsinə aparsam, ertəsi gün oyandıqda ayaqyoluna getmək üçün divarlardan tutmalı olacaq, bədəni ağrıyacaq”.
Rio Ferdinand futbolçu karyerası ərzində xüsusilə, “Mançester Yunayted”lə uğur qazanmış müdafiəçilərdən biri kimi tanınır.

