"Qarabağ"dan TRANSFER: “Razılaşdılar, gələn il bizimlə olmayacaq, riskə getmirik”

14:20 Qarabağ 184
"Qarabağ"dan TRANSFER: “Razılaşdılar, gələn il bizimlə olmayacaq, riskə getmirik”

"Qarabağ"ın yayda heyətinə cəlb edəcəyi ilk futbolçu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Omoniya”dan Jali Muaddibdir.

Kipri klubunun baş meneceri Giorqos İrakleus məlumatı təsdiqləyib. O, "Sport FM" radiosuna açıqlamasında deyib ki, fransalı vingerlə Ağdam klubu arasında tam razılıq əldə olunub:

"Muaddibin "Qarabağ"la əvvəlcədən razılaşması var və gələn il bizimlə olmayacaq.

Ancaq deməliyəm ki, futbolçu aylar əvvəl bizə "Qarabağ"ın ona müraciət etdiyini ,lakin liqada qalmaq üçün komandaya sona qədər kömək edəcəyini demişdi.

Soyunma otağında hamımız bir ailə kimi idik və bu, liqada qalmağımıza da məhz kömək etdi".

Baş menecer Muaddibin transferindən maliyyə qazancı olub-olmayacağı sualını da cavablandırıb: “Onun müqaviləsində kiçik bir bənd var. Amma biz klub olaraq gələn mövsüm üçün riskə getmirik”.

Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonunda başa çatacaq. 25 yaşlı fransalı bu mövsüm Kipr çempionatında 28 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Onun “transfermarkt”da dəyəri 375 min avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti