“Mançester Yunayted”ə qayıtmaq fikri yoxdur - İcarədə olan hücumçunun

12 May 21:40 İngiltərə 556
“Mançester Yunayted”ə qayıtmaq fikri yoxdur - İcarədə olan hücumçunun

“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən ingiltərəli hücumçu Markus Reşford heç bir halda “qırmızı şeytanlar”a geri dönmək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

İddiaya görə, hətta əsas heyətdə daimi yer və UEFA Çempionlar Liqasında çıxış imkanı belə, 28 yaşlı futbolçunun qərarını dəyişməyəcək.

Bildirilir ki, Reşford Barselonadakı həyatından çox razıdır və İngiltərəyə qayıtmaq istəmir.

Daha əvvəl yayılan xəbərlərdə “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikin növbəti mövsüm komandada qalacağı halda, Reşfordu yenidən heyətə qaytara biləcəyi qeyd olunmuşdu.

“Barselona” rəhbərliyi hazırda futbolçunun transfer hüquqlarını birdəfəlik alıb-almamaq barədə yekun qərar verməyib. İcarə müqaviləsində 30 milyon avroluq satınalma maddəsi yer alır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?