Çox sərt danışdı: “Neftçi” niyə döyüşür, can qoyur? Belə ola bilməz!”

19:40 Müsahibə 150
Çox sərt danışdı: “Neftçi” niyə döyüşür, can qoyur? Belə ola bilməz!”

“Şamaxı” “Sabah”ın ardınca “Neftçi”yə də eyni hesabla uduzdu – 0:3.

Mövsümboyu xoş təsir bağışlayan, “Qarabağ”la “Neftçi”yə 6 oyunun 4-də uduzmayan bölgə təmsilçisi son həftələrdə yenilgiləri sıralayır.

Oyun başa çatandan sonra Dioqo Balaunun ağır məğlubiyyətdən üzüldüyünü görmək çətin deyildi.

Portuqaliyalı yarımmüdafiəçi Sportinfo.az-a müsahibəsində bəzi komanda yoldaşlarına müsaj göndərməyi vacib bildi.

- Niyə məğlub olduz?

- Yəqin ki, komanda üzvlərinin bir hissəsi çempionatı vaxtından əvvəl başa vurub. Elitada qalmaq məqsədinə çatdığımıza görə müəyyən rahatlaşma ola bilər. Ancaq bu, belə olmamalıdır. Yarışın içindəsənsə, sona qədər döyüşməli, mübarizə aparmalısan. Bugünkü məğlubiyyətdə yanlış yanaşma rol oynadı. Başqa cür desəm, bəziləri oyuna yanaşma tərzini düz seçmədi. Belə ola bilməz!

- “Çemodan” əhval-ruhiyyəsi?

- Belə də demək olar. Hər bir futbolçunun qarşısında hədəf olmalıdır. Sən daha yaxşı klubda oynamaq, daha çox tanınmaq, daha çox qazanmaq istəyirsənsə, daim eyni tempdə çıxış etməlisən. İstirahət vaxtı gələndə hamımız dincələcəyik. Lakin indi futbol oynamaq, nəticə qazanmaq vaxtıdır.

- Deyirlər, əksər futbolçular son turlarda köklənmə ilə bağlı problem yaşayır. Bu, həmişə belə olub.

- “Neftçi” üçün də mövsüm iki həftədən sonra başa çatacaq. Onlar niyə döyüşür, can qoyur? Ümumiyyətlə, kiçik klubların belə bir xoş olmayan ənənəsi var. Hədəfə çatandan sonra düşüncə zəifləyir, yanaşma dəyişir. Şəxsən öz adımdan deyə bilərəm ki, özümdə belə bir hal müşahidə etməmişəm. Əksinə, daha çox mübarizə aparıb peşəkarlığımı qorumağa çalışıram.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti