“Aston Villa” yay transfer dönəmində “Arsenal”ın yarımmüdafiəçisi Etan Nvanerini heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sports Boom” məlumat yayıb.
“Topçular” 19 yaşlı oyunçu üçün təxminən 62 milyon avro tələb edə bilər. London klubu bu satışdan əldə olunacaq gəlirlə gələcək transfer büdcəsini gücləndirməyi planlaşdırır.
İngiltərəli yarımmüdafiəçi uzun müddətdir böyük potensialı ilə seçilir, ancaq bu mövsüm müntəzəm oyun şansı qazanmaqda çətinlik çəkib və “Marsel”ə icarəyə verilib.
Bildirilir ki, mümkün transfer baş tutsa, Nvaneri Harvi Elliotun əvəzedicisi kimi dəyərləndirilə bilər. Elliot hazırda “Aston Villa”da icarə əsasında çıxış edir, ancaq əsas heyətdə möhkəmlənə bilməyib.

