“Barselona” və “Atletiko” ÇL ilə vidalaşdı - NƏTİCƏLƏR

17 Aprel 01:00 Çempionlar Liqası 361
“Barselona” və “Atletiko” ÇL ilə vidalaşdı - NƏTİCƏLƏR

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə 2 cavab görüşü keçirilib.

“Barselona” ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşıb. Paris təmsilçisi 4:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Digər matçda Dortmund “Borussiya”sı “Atletiko” ilə üz-üzə gəlib. İlk görüşdə Madrid təmsilçisi 2:1 hesablı qələbə qazansa da, Almaniya klubu cavab görüşündə rəqibini 4:2 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

16 aprel

"Barselona" (İspaniya) – PSJ (Fransa) 1:4
Qollar
: Rafinya, 12 – Dembele, 40. Vitinya, 54. Mbappe, 61-pen; 89.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.

"Borussiya" (Dortmund, Almaniya) – "Atletiko" (İspaniya) 4:2
Qollar
: Brandt, 34. Matsen, 39. Fullkruq, 71. Zabitser, 74 – Hummels, 49-öz qapısına. Korrea, 64.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.

Digər Xəbərlər
Xəbər Lenti