“Barselona” ilə oyun bütün dünya üçün vacib matçdır”

28 Avqust 18:40 Çempionlar Liqası 444
“Barselona” ilə oyun bütün dünya üçün vacib matçdır”

PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Barselona” ilə Çempionlar Liqasında keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti bunun vacib matç olacağını deyib:

“Biz “Barselona”ya böyük hörmətlə yanaşırıq. Bu, onlar, bizim, azarkeşlər və bütün dünya üçün vacib matçdır”.

PSJ və “Barselona” Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacaq. Görüş Parisdə keçiriləcək. PSJ son iki mövsümdə Çempionlar Liqasının qalibi olub.

“Barselona” Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın da rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada