Son iki vəsiqənin sahibi müəyyənləşdi - ÇL-də NƏTİCƏLƏR

14 Dekabr 2023 02:10 Çempionlar Liqası 586
Son iki vəsiqənin sahibi müəyyənləşdi - ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə daha 4 qrupda mübarizə başa çatıb.

E, F, G və H qruplarında buna qədər “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leypsiq” və “Barselona” 1/8 finala vəsiqəni təmin etmişdilər.

Son matçların ardından “Portu” və PSJ də onlara qoşulublar.

Bununla da qitənin ən nüfuzlu klub turnirində bütün 1/8 finalçılar bəlli olub.

E qrupu

“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0
Qollar
: Qrizmann, 6. Lino, 51.

“Seltik” (Şotlandiya) – “Feyenoord” (Niderland) 2:1
Qollar
: Palma, 33-pen. Laqerbielke, 90+1 – Minteh, 82.

Xal: Atletiko – 14. Latsio – 10. Feyenoord – 6. Seltik – 4.

F qrupu

“Nyukasl” (İngiltərə) – “Milan” (İtaliya) 1:2
Qollar
: Joelinton, 33 – Pulişiç, 59. Çukvueze, 84.

“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:1
Qollar
: Adeyemi, 51 – Zair-Emeri, 56.

Xal: Borussiya – 11. PSJ – 8. Milan – 8. Nyukasl – 5.

G qrupu

“Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) 2:3
Qollar: Beom, 76. Katay, 90+1 – Hamilton, 19. Bobb, 62. K.Fillips, 85-pen.

“Leypsiq” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 2:1
Qollar
: Şeşko, 51. Forsberq, 56 – Kolli, 53.

Xal: Mançester Siti – 18. Leypsiq – 12. Yanq Boyz – 4. Srvena Zvezda – 1.

H qrupu

“Portu” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 5:3
Qollar: Qaleno, 9; 43. Taremi, 62. Pepe, 76. Konseysao, 82 – Sikan, 29. Eustakio, 73-öz qapısına. Equynaldo, 88.

“Antverpen” (Belçika) – “Barselona” (İspaniya) 3:2
Qol: Vermeren, 2. Yanssen, 56. İlenikhena, 90+2 – F.Torres, 35. Qiu, 90+1.

Xal: Barselona – 12. Portu – 12. Şaxtyor – 9. Antverpen – 3.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!